Son xəbərlər
19 FEVRAL
18 FEVRAL
17 FEVRAL
16 FEVRAL
15 FEVRAL
14 FEVRAL
İQTİSADİYYAT

Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq

<b>Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq</b>

Bu il Azərbaycanda “İnnovasiyalar evi”nin yaradılmasına başlanacaq

Trend-in məlumatına görə, bunu "İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu" mövzusunda konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O bildirib ki, “İnnovasiyalar evi” hər kəs üçün faydalı olacaq, çünki burada biliklərin transferi mərkəzi fəaliyyət göstərəcək.
Nazir müavini hazırda “Hökumət buludu” texnologiyasının, "DATA mərkəzi"nin yaradılması, internetin inkişafı və tədris müəssisələrində yeni ixtisasların yaradılması üzrə reallaşdırılan layihələri də qeyd edib:
“Bu gün ölkə məlumatlar iqtisadiyyatına keçir. Davos forumunun hesabatlarından birində göstərildiyi kimi, hazırda təhsil alanların 65 faizi gələcəkdə bu gün mövcud olmayan ixtisaslar üzrə işləyəcək. Ona görə də təhsil sahəsində yeni ixtisaslar və texnologiyalar tətbiq etmək vacibdir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv