Son xəbərlər
22 MAY
21 MAY
İDMAN

Sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının 7 çəkidə medalçıları müəyyənləşib

<b>Sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatının 7 çəkidə medalçıları müəyyənləşib</b>

Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı start götürüb

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən çempionatın birinci günündə 45, 48, 51, 55, 60, 65 və 71 kiloqram çəki dərəcələrində 200-ə yaxın yeniyetmə yunan-Roma güləşçisi mübarizə aparıb.
Açılış mərasimindən sonra medal görüşlərinə start verilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Təvəkkül Həziyev (45 kq), Məlik Əliyev (48 kq), Elmir Əliyev (51kq), Nihat Məmmədli (55 kq), Alı Alıyev (60 kq), Xasay Həsənli (65 kq) və Allahverdi Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çempionata fevralın 23-də yekun vurulacaq.
Mükafatçılar müvafiq yığmalara cəlb olunaraq Azərbaycanı Avropa və dünya çempionatları ilə yanaşı, iyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalında təmsil edəcəklər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv