Son xəbərlər
19 MART
18 MART
17 MART
16 MART
15 MART
SİYASƏT

Salome Zurabişvili: Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm

<b>Salome Zurabişvili: Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm</b>

Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm.
Trend-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili Prezident İlham Əliyevlə təkbətək görüşündə deyib.
S.Zurabişvili qeyd edib: “Təşəkkür edirəm, cənab Prezident. Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var”.
Prezident bildirib ki, bizim region üçün və dünya üçün yeni perspektivlər açılır: “Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv