Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
İDMAN

Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər

<b>Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər</b>

Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görüldülər

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 2018-ci il ərzində gimnastika növləri üzrə keçirilmiş dünya çempionatlarının nəticələrinə əsasən Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər.
Sofiyada (Bolqarıstan) baş tutmuş dünya çempionatındakı nəticələrinə əsasən bədii gimnastımız Zöhrə Ağamirova, Antverpendə (Belçika) təşkil olunmuş dünya çempionatında akrobatlarımız, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi, idman gimnastikası üzrə çempionatda (Doha, Qətər) göstərdiyi nəticəyə görə isə kişi idman gimnastımız Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılıb.