Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
İDMAN

Azərbaycan atleti Avropa çempionu oldu

<b>Azərbaycan atleti Avropa çempionu oldu</b>

Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub

Trend-in məlumatına görə, idmançımız Şotlandiyanın Qlazqo şəhərində keçirilən yüngül atletika üzrə Avropa çempionatında üç təkanla uzunluğa tullanma yarışında 17.29 nəticə göstərərək qızıl medal qazanıb. Portqaliyalı Nelson Evora 2-ci (17.11), alman Maks Hess isə 3-cü (17.10) olub.
N.Babayev bu nəticə ilə həm də öz şəxsi rekordunu yeniləyb.
Xatırladaq ki, bundan əvvəl 21 yaşlı atletimiz 2015-ci ildə gənclər, 2017-ci ildə isə 23 yaşlı idmançılar arasında Avropa çempionu olub.