Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

Turistlərə çəkələklə gəzmək qadağan edilir

<b>Turistlərə çəkələklə gəzmək qadağan edilir</b>

İtaliyanın Liquriya vilayətində Çinkve-Terre milli parkının rəhbərliyi turistlərə parkın ərazisinə çəkələklə daxil olmağı qadağan etmək qərarına gəlib

Trend-in məlumatına görə, qaydanı pozanlar təqribən 2 avro məbləğində cərimə olunacaqlar.
Bu qərarın qəbul edilməsinə səbəb yerli dağ-xilasetmə bölməsinin nümayəndələrinin turistlərin dağlıq ərazilərdə qeyri-münasib ayaqqabı ilə gəzmələrindən şikayət etməsi olub.
Xilaedicilər onların çəkələk və digər oxşar ayaq geyimi növləri ilə qayalıq ərazilərə getməyini təhlükəli hesab edir.