Son xəbərlər
19 MART
18 MART
17 MART
16 MART
15 MART
MƏDƏNİYYƏT

Milli Dram Teatrında yeni tamaşanın premyerası keçirilib

<b>Milli Dram Teatrında yeni tamaşanın premyerası keçirilib </b>

Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz“ əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, əməkdar artist Ayşad Məmmədov, aktyor Ziya Ağa, əməkdar artist Aslan Şirin, aktyorlar Vüsal Mustafayev və Rəşad Bəxtiyarov, əməkdar artist Məsmə Aslanqızı, aktyorlar İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov çıxış edir.
Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orjinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət edilib. Eləcə də musiqi seçimində də klassik musiqi ilə yanaşı müasir musiqi, həmçinin də roka yer verilib. Peşəkar rejissor və rəssam işi, gözəl aktyor oyunu ilə seçilən tamaşa böyük maraqla qarşılanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv