Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
DÜNYA

BMT-nin baş katibi təşkilatın Efiopiyada təyyarə qəzasında həlak olan üzvlərinin ailələrinə başsağlığı verib

<b>BMT-nin baş katibi təşkilatın Efiopiyada təyyarə qəzasında həlak olan üzvlərinin ailələrinə başsağlığı verib</b>

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş təşkilatın Efiopiyada təyyarə qəzasında həlak olan üzvlərinin ailələrinə başsağlığı verib

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, martın 10-da Efiopiya Hava Yollarına aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 157 nəfərin arasında BMT-nin strukturlarının, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Ərzaq Proqramı, Qaçqınların İşlər üzrə BMT-nin Komissarlığı, BMT Ətraf Mühit Proqramı və Dünya Bankının 19 əməkdaşı olub.
BMT mətbuat katibinin yaydığı bəyanatda deyilir: “Baş katib həlak olanların, o cümlədən BMT-nin əməkdaşlarının ailələrinə və yaxınlarına, həmçinin Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir”.