Son xəbərlər
19 MART
18 MART
17 MART
16 MART
15 MART
İQTİSADİYYAT

SOCAR KBR-ın rəhbərliyi Bakı Ali Neft Məktəbinin tələbələrilə görüş keçirib

<b>SOCAR KBR-ın rəhbərliyi Bakı Ali Neft Məktəbinin tələbələrilə görüş keçirib</b>

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR KBR MMC-nin rəhbərliyi ilə tələbələr arasında görüş keçirilib

Görüşdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum, şirkətin “Ümid Babək” proyektinin direktoru David Ellis, “Abşeron” proyektinin direktoru Brüs Bakster, Əməliyyatlar üzrə meneceri Nikunj Punkal və Kadrlar üzrə meneceri Səidə Qurbanova, həmçinin BANM-ın əməkdaşları iştirak ediblər.
Görüşdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov SOCAR KBR MMC-nin rəhbərinə BANM tələbələrinə olan marağa və onlara karyera və praktika imkanları yaratdıqlarına görə öz təşəkkürünü bildirib.
SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum tələbələrə şirkətin fəaliyyəti, məqsədi və iş prinsiplərindən danışıb, Ali Məktəbin ötən ilki məzunları arasından işə götürülən gənclərin fəaliyyətindən razı olduğunu bildirib. O, BANM ilə SOCAR KBR MMC-nin əməkdaşlığının daimi olacağını bildirib.
Daha sonra şirkətin əməkdaşları David Ellis və Brüs Bakster üzərində çalışdıqları layihələr haqqında tələbələrə məlumat verib, daha sonra mühəndislik karyeraları üzrə inkişaf yolları haqqında məlumat verib. Kadrlar üzrə menecer Səidə Qurbanova isə tələbələrə karyera imkanları, Tələbə təqaüd proqramları və bu proqramlara necə müraciət edilməsi haqqında təqdimatla çıxış edib.
Nümayəndələr həmçinin tələbələrin işə müraciət və şirkətdə praktika keçmək ilə bağlı suallarına cavab veriblər.
Tədbirdən sonra SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum və onun başçılıq etdiyi nümayəndə heyəti Ali Məktəbin kampusunu gəzərək buradakı infrastrukturla tanış olublar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv