Son xəbərlər
23 MAY
22 MAY
HADİSƏ

Ağdam rayonunda 35 ədəd subartezian quyusunun qazılması işləri başa çatıb

<b>Ağdam rayonunda 35 ədəd subartezian quyusunun qazılması işləri başa çatıb</b>

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərini tam başa çatdırıb

Səhmdar cəmiyyətin təmsilçisi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, 2018-ci il noyabrın 5-də Prezident İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 ədəd subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.
Artıq həmin quyuların layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv