Son xəbərlər
23 MAY
22 MAY
SİYASƏT

İlir Meta: TAP layihəsi Albaniyanın regionda və ondan kənardakı roluna əhəmiyyətli dərəcədə təsir edib

<b>İlir Meta: TAP layihəsi Albaniyanın regionda və ondan kənardakı roluna əhəmiyyətli dərəcədə təsir edib</b>

Trans-Adriatik boru kəməri (TAP) layihəsi Albaniyanın regionda və ondan kənarda roluna əhəmiyyətli dərəcədə təsir edib

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Albaniya prezidenti İlir Meta deyib.
İ.Meta bildirib ki, Albaniya ilk dəfə strateji enerji dəhlizlərində vacib tranzit ölkəsinə çevrilib.
Albaniya prezidenti əlavə edib ki, sülh və təhlükəsizlik artıq ənənəvi təşkilat və alətlərlə təmin olunmur:
“Qlobal çağırışlar çərçivəsində Trans-Atlantik münasibətlər vacib məsələlər üzrə intensiv debatlardan keçib. Avropa İttifaqı da gözlənilməz hadisələrlə qarşılaşır. “Brexit” göstərir ki, Aİ islahatları möhkəmləndirməlidir. Genişlənmə məsələləri Aİ üzv ölkələrinin müzakirələrində getdikcə daha da az yer tutur. BMT və Təhlükəsizlik Şurası tez-tez müxtəlif çətinliklərlə üzləşir”.
Onun sözlərinə görə, xarici siyasət beynəlxalq hadisələr kontekstində milli maraqların müdafiəsi strategiyalarına əsaslanır:
“Qlobal təhlükəsizlik, iqlim dəyişikliyi, miqrasiya, terrorçuluq və ekstremizmlə mübarizə kimi məsələlər bizim xarici siyasətimizdə müəyyən qədər üstünlük təşkil edir. Bu şərtlərdə biz ölkələrimizi və regionlarımızı birləşdirmək üçün daha çox işləməliyik”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv