Son xəbərlər
22 MAY
21 MAY
İQTİSADİYYAT

Azərbaycan və İran birgə avtobus istehsal edəcək

<b>Azərbaycan və İran birgə avtobus istehsal edəcək</b>

Sabah Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində “Scania” markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanacaq

Report xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda məlumat verib.
Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu da deyib:
“2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, tranzit daşımaları sahəsində əlaqələrimiz genişdir və əməkdaşlığımız regional əhəmiyyətə malikdir. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi əlaqələrimizdə mühüm əhəmiyyət kəsb edir. Keçən il bu dəhlizlə yük daşımaları 10 dəfədən çox artıb. Gələn ilin sonuna qədər Bakıdan İranla sərhədə qədər olduğu kimi, Rusiya ilə sərhədə qədər də yeni avtomobil yolu istifadəyə veriləcək. İran sahibkarları yüksək səviyyəli infrastrukturdan istifadə edib yüklərini daşıya biləcəklər".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv