Son xəbərlər
22 MAY
21 MAY
SİYASƏT

ATƏT erməniləri qorxutdu: “Köhnə prinsip”dən imtina?

<b>ATƏT erməniləri qorxutdu: “Köhnə prinsip”dən imtina?</b>

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı Ermənistanla bərabər, Qarabağ separatçılarının da təşvişinə səbəb olub

Axar.az xəbər verir ki, ATƏT-in sədri Miroslav Layçakla İrəvanda görüşdn “dqr”in “xarici işlər naziri” Masis Mailyan həmsədrlərin illərdir təklif etdiyi elementlərin artıq dəyişdirilməsi gərəkdiyini bildirib.
“İl ərzində bu elementlər yada salınmayıb və bir qədər unudulub. Onlar öz fikirlərini dedilər, təkliflərin hələ də danışıqlar masasında olduğunu bildirdilər. Bizim yanaşma belədir ki, köhnəlmiş prinsiplərdə imtina etmək vaxtı çatıb və yeni realist təkliflərə ehtiyac var. Formatın bərpa edilməsiylə biz hansısa inkişaf gözləyə bilər. Köhnə yanaşmalar və Qarabağın iştirak etmədiyi danışıqlardan inkişaf gözləməyə dəyməz”, – deyə o bildirib.
Həmsədrlərin israrlı şəkildə Madrid prinsiplərinin icrasını tələb etməsindən qorxuya düşən separatçı rejimin nümayəndəsi jurnalistin “köhnəlmiş prinsiplər deyərkən Madrid prinsiplərini nəzərdə tutursunuz” sualına “27 ildir təklif edilən prinsiplər köhnəlib, onlara baxmaq lazımdır” cavabını verib. O, həmçinin Qarabağın danışıqlara cəlb edilməsiylə bağlı Paşinyanın təklifinin “konstruktiv yanaşma” olduğunu bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv