Son xəbərlər
24 MAY
23 MAY
İDMAN

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

<b>Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib</b>

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun təntənəli açılış mərasimi keçirilib

Trend-in məlumatına görə, əvvəlcə turnirdə iştirak edən ölkələrin bayraqlarının paradı olub. Azərbaycanın Dövlət himni səsləndirilib.
Martın 17-nə qədər davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
Turnirin ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirəcəklər.
Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edəcəklər, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayacaq. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.
Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.