Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

İranda qaz kəməri partladı - Ölənlər var

<b>İranda qaz kəməri partladı - Ölənlər var</b>

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz boru kəməri partlayıb

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Əhvaz rayonu qubernatoru Camal Aləmi Nisi deyib.
A.Nisinin sözlərinə görə, yanğın nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Qubernator əlavə edib ki, yanğında həmçinin su tankeri və avtobus yanıb.
A.Nisi hadisənin terror aktı olmadığını, qaz sızması nəticəsində baş verdiyini bildirib.