Son xəbərlər
23 MAY
22 MAY
İQTİSADİYYAT

Sahibkar və menecerlər Almaniyada təcrübə keçəcək

<b>Sahibkar və menecerlər Almaniyada təcrübə keçəcək</b>

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 11 iyun - 6 iyul tarixlərində 19 sahibkar və menecerdən ibarət qrup Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlim və istehsalat təcrübəsi keçəcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə martın 13-14-də Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil olunub.
İkigünlük seminarda sahibkar və menecerlər beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 25 mart - 19 aprel tarixlərində Almaniyada təlim və istehsalat təcrübəsi keçəcək 18 sahibkar və menecer üçün də seminar təşkil olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv