Son xəbərlər
22 MAY
21 MAY
HADİSƏ

Yekaterinburqdan Bakıya daha bir reys açılacaq

<b>Yekaterinburqdan Bakıya daha bir reys açılacaq</b>

Rusiyanın Yekaterinburq şəhərindən Azərbaycanın paytaxtı Bakıya yeni reys açılacaq

Trend-in məlumatına görə, iyunun 18-dən "İrAero" aviaşirkəti tərəfindən Koltsovo aeroportunda Bakıya daha bir reys təşkil ediləcək.
Təyyarələr Uralın paytaxtından çərşənbə axşamları saat 17:30-da uçacaq, saat 12:30-da isə Heydər Əliyev Beynəlxalq Hava Limanından geri dönəcək. Uçuşlar 103 yerlik "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək, 3 saat davam edəcək.
Yeni aviareysin açılması ilə Yekaterinburqdan Azərbaycana birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq.
Qeyd edək ki, "Ural Hava Yolları" şirkəti həftədə iki dəfə (cümə axşamı və bazar) Bakıya uçuşlar icra edir.
Bakı Koltsovo hava limanından populyar uçuş istiqamətlərindən biridir. 2018-ci ilin yekunu üzrə Azərbaycan paytaxtına 24 min sərnişin daşınıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv