Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
DÜNYA

Hindistan peyk əleyhinə silahı sınaqdan keçirib

<b>Hindistan peyk əleyhinə silahı sınaqdan keçirib</b>

Həmin silah Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən istehsal olunub

Hindistan peyk əleyhinə silahı uğurla sınaqdan keçirib.
Trend-in məlumatına görə, bunu Hindistanın baş naziri Narendra Modi bəyan edib.
Nazir bildirib ki, Hindistan yerli istehsal olan silahla aşağı Yerətrafı orbitdə hərəkət edən peyki məhv edib.
Həmin silah Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən istehsal olunub.
N.Modinin sözlərinə görə, Hindistan artıq kosmik müharibəyə hazırdır.
Qeyd edək ki, dünyada yalnız 3 ölkə - ABŞ, Rusiya və Çin peyk əleyhinə silaha malikdir.