Son xəbərlər
24 MAY
23 MAY
İDMAN

Xəyal Əhmədov almaniyalı rəqibinə aman vermədi - “Tank“ dünya kəmərini qazandı

<b>Xəyal Əhmədov almaniyalı rəqibinə aman vermədi - “Tank“ dünya kəmərini qazandı</b>

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub

MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə X.Əhmədov almaniyalı kikboksçu, məşhur "Nubia Sports" klubunun yetirməsi Kevin Herşlagla (Kevin Heerschlag) rinqə çıxıb. Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycan bayrağını başı üzərinə qaldırıb.
Dünya şöhrətli idmançımız ötən il keçirilmiş turnirdə də məhz almaniyalı kikboksçu üzərində qələbə qazanmışdı.
Qeyd edək ki, X.Əhmədov dünya miqyaslı yarışlarda Azərbaycanı layiqincə təmsil etdiyinə və parlaq qələbələr qazandığına görə Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla təltif olunub.