Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

Ermənistanda pul oğrusu yüksək vəzifəyə təyin olunub

<b>Ermənistanda pul oğrusu yüksək vəzifəyə təyin olunub</b>

Ermənistanın "Yüksəkvoltlu elektrik şəbəkələri" QSC-də qeyri-adi təyinat olub

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Arsen Qabrielyan bu dövlət təşkilatının Qərb filialına (Gümrü) direktor təyin edilib.
Maraqlıdır ki, A.Qabrielyan SES rəhbəri olarkən 2016-cı ilin 29 fevralında istehsalatda böyük məbləğdə vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılmışdı.
İstintaq Komitəsinin məlumatına əsasən, ümumilikdə 95 milyon dram (təqribən 196 min dollar) mənimsənilmişdi. Sonra işə xitam verilmiş, belə ki, zərər "Ermənistan elektrik şəbəkələri" QSC-yə ödənilmişdi.