Son xəbərlər
22 MAY
21 MAY
İDMAN

Azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilir

<b>Azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilir</b>

Aprelin 2-də Bakıda azyaşlılar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib. Şəxsi və komanda xarakterli turnirdə respublikanın müxtəlif bölgələrindən 100-dək idmançı, 27 komanda iştirak edir.
Yarışların açılışında çıxış edən Stolüstü Tennis Federasiyasının vitse- prezidenti Fazil Məmmədov son illər ölkəmizdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, turnirin azyaşlıların idmana marağının artmasında əhəmiyyətini qeyd edib. Stolüstü tennis üzrə qazanılan uğurlardan danışan Fazil Məmmədov idmançılarımızın bu ilin əvvəlindən iştirak etdiyi 4 beynəlxlaq turnirdə 12 medal qazandığını vurğulayıb.
Qeyd edək ki, Federasiyanın idman zalında keçirilən yarışlar aprelin 4-dək davam edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv