Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

Dünya ölkələrindən magistlər UNEC-də elmi konfransa toplanacaq

<b>Dünya ölkələrindən magistlər UNEC-də elmi konfransa toplanacaq</b>

UNEC-də Azərbaycanda ilk dəfə olaraq magistrlərin beynəlxalq elmi konfransı keçiriləcək

UNEC-dən Trend-ə verilən məlumata görə, 31 may-2 iyun 2019-cu il tarixlərində Bakıda baş tutacaq “İqtisadiyyat və idarəetmə ixtisaslarinda təhsil alan magistrantların” beynəlxalq elmi konfransında Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Macarıstan və dünyanın bir sıra digər ali təhsil müəssisələrinin magistr pilləsində təhsil alan tələbələri iştirak edəcək.
UNEC-in Beynəlxaq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı, ICLEL beynəlxalq konfransının dəstəyi ilə baş tutacaq tədbirin məqsədi, ölkəmizdə elmin inkişafına xüsusilə də elmi tədqiqatların ön plana çıxdığı magistratura pilləsində təhsil alan gənclərin öz tədqiqatlarını təqdim etməsi üçün beynəlxalq platformanın yaradılmasıdır.
Konfransda iqtisadiyyat və idarəetmə ixtisaslarında həm yerli, həm də xarici ölkələrdə təhsil alan gənclər bir araya gətirilərək multidisiplinar tədqiqatların inkişafına töhfələr verəcək, magistr tədqiqatlarının nəticələrini bölüşəcək, tədqiqatların keyfiyyətinin artırılması üçün fikir mübadiləsi aparacaqlar. Konfrasa azərbaycan, ingilis, türk və rus dillərində qəbul olunan məqalələr ICLEL-in rəsmi internet səhifəsində beynəlxalq ISSN nömrəli formatda elektron qaydada yerləşdiriləcəkdir. Bu isə dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı gənclərin konfransın nəticələrindən faydalana bilməsini təmin edəcəkdir. Konfrans vasitəsilə magistr tələbələrinin dissertasiya müdafiəsinə icazə verilməsi ilə beynəlxalq konfrans və ya jurnallarda yayım şərti qoyulan təhsil qurumlarına qəbul olunmuş məruzələr haqqında qəbulla bağlı məktub da veriləcəkdir. UNEC-in Beynəlxaq Magistratura və Doktorantura Mərkəzi gələcəkdə bu konfransın ənənəvi olaraq hər il keçirilməsini planlaşdırır.
Ətraflı məlumat almaq istəyənlər news.unec.edu.az saytına daxil ola bilərlər.