Son xəbərlər
22 MAY
21 MAY
MƏDƏNİYYƏT

Vətən mənə oğul desə...

<b>Vətən mənə oğul desə...</b>

Aprelin 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin M.Ş.Vazeh adına mərkəzi kitabxanası Yasamal rayon 53 nömrəli tam orta məktəblə birlikdə Aprel döyüşlərinə həsr olunmuş tədbir təşkil edib

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova Aprel döyüşləri haqqında məruzə ilə çıxış edib. Bildirib ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Şəhid valideynləri Rəfiqə Əsgərova və Nadir Babayev çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şagirdlərin ifasında Vətənə və şəhidlərə həsr olunmuş şeirlər, mahnılar oxunub, səhnəcik göstərilib.
Sonda kitabxananın təşkil etdiyi vətənpərvərlik mövzusunda “Vətən mənə oğul desə...” adlı inşa müsabiqəsinin qalibləri fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv