Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
MEDİA

“Space” TV-nin YARAMAZ efir siyasəti

<font color=red><b>“Space” TV-nin YARAMAZ efir siyasəti</b></font>

...Ya dərəbəylikdir, ya da hadisə öncədən planlaşdırılıb

Aprelin 4-də “Space” TV-də yayımlanan “Hər səhər” verilişində baş verənlər bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Son 2 gün ərzində baş verən olay ətrafında aparılan müzakirələr daha aktiv mərhələyə qədəm qoyub. Aprelin 4-ü və 5-i hadisə ilə bağlı susqunluq keçirən əksər internet resursları, o cümlədən baş verənlərə görə birbaşa məsuliyyət daşıyan TV bütün suçu Rüfət Axundovun üzərinə yükləməklə özünü və digər günahkarları təmizə çıxarmağa çalışır. Bütün bunlar isə hadisənin baş verməsində, ictimailəşdirilməsində və ətrafında ajiotaj yaradaılmasında üçüncü tərəfin olduğu şübhəsini yaradır:
Əcaba, oxşar hadisələrlə bağlı faktlara dərhal və anında reaksiya verən bəzi internet resursları hansı səbəblərdən bu olaya bir gün sonra münasibət bildirməyə, bir neçə gün sonra isə olay ətrafında ajiotaj yaratmağa başladılar?
Baş verən hadisə hansı səbəblərdən və necə myvideo.az saytından qısa müddətdən sonra çıxarılıb və yerinə bu hadisədən daha biabırçı, utancverici “Anaya” serialı, daha sonra isə tamamilə yeni çəkilmiş səhər proqramı yerləşdirilib? Bu əməlin adı saxtakarlıqdan başqa bir şey deyil... Əgər “Space” TV-nin başbilənləri məsələni hüquqi və peşəkar müstəvidə həll etmək istəyirdilərdə, sadəcə əxlaqsız ifadələrin yer aldığı hissənin üzərinə üzrxahlıq mətni yerləşdirə bilərdilər. Təbii ki, səsi qapatmaqla... Amma bu baş verməyib, əvəzində isə izi silməyə çalışıblar. Ola bilsin ki, veriliş boyu məhz bu əxlaqsız ifadələrin dilə gətirilməsinə zəmin yaradan hansısa əməllər baş verib. Lap elə müsiqi parçası səslənməzdən öncə mikrofonun səsini qapadıb mahnının əxlaqsızcasına dəyişdirilmiş mətnini Rüfətə “pıçıldayıb” və onu sadəcə təxribata çəkiblər. Aparıcının bu sözlərdən necə zövq aldığını paylaşılan videodan sezməmək mümkün deyil. Adam elə xoşbəxt görünür ki, sanki ona dünyanı bağışlayıblar.
Məsələnin peşəkarlıq tərəfinə gəldikdə isə, paylaşılan videodan da görünür ki, mahnının təhrif edilmiş mətni iki dəfə səsləndirilir. O zaman sual olunur, nə üçün səs rejissoru, yaxud redaktor ilk ifadədən sonra səsi qapatmır, reklam fasiləsinə ayrılmır və aparıcı baş verənlərə görə tamaşaçılardan üzr istəmir?
...Bütün bunlar isə bəzi ehtimalların ortaya çıxmasını zəruri edir. Bu olayda sadəcə iki ehtimal var: Birincisi, adını belə təkrarlamaq istəmədiyimiz TV-də nə səs rejissoru, nə redaktor yoxdur, dərəbəylikdir, ya da hadisə öncədən planlaşdırılıb. Bütün hallarda bu məsələ ciddi şəkildə araşdırılmalıdır. İndiki halda məsuliyyətdən yayınmaq üçün ən asan yol Rüfət Axundovu təhqir və söyüş obyektinə, onun bu olayda hər hansı bir formada iştirakı və günahı olmayan doğmalarını qurşaqdan aşağı ifadələrin hədəfinə çevirməkdir.
Rüfət kifayət qədər tərbiyəli, yüksək mədəniyyəti olan bir ailənin övladıdır. Onun anası Məmmədsadıq Nuriyevin qızı, Yaşar Nurinin bacısıdır. Bu sənətkarların adları qarşısında “böyük”, “nəhəng” və digər bu kimi epitetlərin işlədilməsinə isə lüzum görmürük. Kölgələri adını təkrarlamaq istəmədiyimiz, YARAMAZ efir siyasəti olan TV-nin üzərini örtmək üçün yetər.
Baş verən hadisədə şübhəli məqamların olduğu ehtimalını yaradan məsələlərə toxunduq, yenidən təkrarlamağa ehtiyac duymuruq. Bu baxımdan, sular durulmadan suçlu axtarmağın da tərəfdarı deyilik. Amma təhqir, söyüş çıxış yolu deyil. Çıxış yolu isə tamaşaçılardan üzr istəməkdir. Bu addımı isə ilk növbədə məlum TV-nin rəhbərliyi atmalıdır!

BayMedia









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv