Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
SOSİAL

Tərtərdə 2596 hektarda yazlıq səpin həyata keçirilib

<b>Tərtərdə 2596 hektarda yazlıq səpin həyata keçirilib</b>

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb

Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qısa müddətdə 2595,9 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 6 hektarı yazlıq buğda, 338,3 hektarı şəkər çuğunduru, 854 hektarı təzə yonca, 811,5 hektarı dən üçün günəbaxan, 278 hektarı kartof, 261,5 hektarı tərəvəz, 42 hektarı noxud, 1 hektarı dən üçün lobya, 3,6 hektarı isə yem üçün sorqodur.
Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.
Pambıq səpini üçün hazırlıq işləri aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv