Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
MƏDƏNİYYƏT

Gənc yazarların “Mirzə Şəfi məclisi”nin üzvlərinin növbəti toplantısı olub

<b>Gənc yazarların “Mirzə Şəfi məclisi”nin üzvlərinin növbəti toplantısı olub</b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının nəzdində fəaliyyət göstərən gənc yazarların “Mirzə Şəfi məclisi”nin növbəti toplantısı təşkil olunub

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, toplantıda Sabunçu rayonunun 137 nömrəli tam orta məktəbin və Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin şagirdləri yeni yazdıqları şeir və hekayələri məclis üzvlərinə təqdim ediblər.
Qeyd edək ki, kitabxananın nəzdində ötən il yaradılan “Mirzə Şəfi məclisi”nin rəhbəri, uşaq yazıçısı Gülzar İbrahimovadır.