Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
SOSİAL

Kürdəmirdə 3220 hektardan çox yazlıq bitkilər əkilib

<b>Kürdəmirdə 3220 hektardan çox yazlıq bitkilər əkilib</b>

Kürdəmirdə yazlıq bitkilərin kütləvi əkini davam edir və artıq 3222 hektarda əkin aparılıb

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yazlıq bitkilərin əkin sahəsi ötən ilin müvafiq dövründəkindən 402 hektar və ya 14,3 faiz çoxdur.
Yazlıq əkinlərin 1365 hektarı çoxillik otlar, 872 hektarı kartof, 476 hektarı tərəvəz, 366 hektarı bostan, 142 hektarı şəkər çuğundurudur.
Fermerlər və fiziki şəxslər hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, yazlıq əkinləri vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün ciddi səy göstərirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv