Son xəbərlər
22 MAY
21 MAY
MƏDƏNİYYƏT

“Ağ bığlılar” növbəti dəfə səhnədə...

<b>“Ağ bığlılar” növbəti dəfə səhnədə...</b>

Aprelin 21-də Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən yeni tamaşa növbəti dəfə nümayiş ediləcək

Teatrdan AZƏRTAC-a bildirilib ki, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunacaq səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həm də kədərli əhvalatlardan danışılır.
Həmçinin tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.
Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.
Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa edəcəklər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv