Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
SİYASƏT

Avropa İttifaqı və Böyük Britaniya Brexit tarixinin təxirə salınmasını razılaşdırıb

<b>Avropa İttifaqı və Böyük Britaniya Brexit tarixinin təxirə salınmasını razılaşdırıb</b>

Bir neçə saat davam edən gərgin müzakirələrdən sonra Avropa İttifaqına üzv 27 ölkənin lideri Brexit tarixinin yenidən təxirə salınması məsələsini razılaşdırıb

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, indi London ən gec oktyabrın 31-nə qədər Avropa İttifaqı ilə vidalaşmalıdır. Əks halda noyabrın 1-də Brexit sazişsiz baş verəcək.
Lakin tərəflər arasında saziş həmin müddətdən öncə ratifikasiya edilsə, Brexit prosesi növbəti ayın birinci günündə baş tutacaq. Əgər Britaniya parlamenti mayın 22-nə qədər sazişi təsdiq etməsə və ölkə Avropa Parlamentinə seçkilər zamanı Avropa İttifaqının tərkibində olsa, Birləşmiş Krallıq seçkilərdə iştirak etməli olacaq. Əks halda Brexit müddəti mayın 31-də başa çatacaq və iyunun 1-də Böyük Britaniya Avropa İttifaqını sazişsiz tərk etməyə məcbur olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv