Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
MƏDƏNİYYƏT

“Simpsonlar” cizgi filmi özünün qürub dövrünü yaşayır

<b>“Simpsonlar” cizgi filmi özünün qürub dövrünü yaşayır</b>

30 ildir ki “Simpsonlar” cizgi filmində Liza adlı qəhrəmanı səsləndirən aktrisa Yeardley Smith hesab edir ki, filmin buraxılışını dayandıracaqlar

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın “The Hollywood Reporter” jurnalı yazıb.
Aktrisa bildirir ki, “Simpsonlar” ailəsi qürub dövrünü yaşayır, çünki Fox telekanalında translyasiya olunan serialın hüquqları “21st Century Fox” holdinqindən “Disney” kinostudiyasına ötürülüb.
“Mən səhv edə bilərəm, ancaq hiss edirəm ki, onlar serialı bağlayacaqlar”, - deyə Y. Smith əlavə edib.
Buna baxmayaraq “The Hollywood Reporter” bu hadisəni şayiə və spekulyasiya adlandırıb.
Qeyd edək ki, “Simpsonlar” Amerika televiziya tarixində ən çox serialı olan cizgi filmidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv