Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
DÜNYA

Türkiyəni regionda təkləmək istəyirlər

<b>Türkiyəni regionda təkləmək istəyirlər </b>

"Bu gün İtaliya parlamenti qondarma "erməni soyqırımını" tanımaq istəyir. Bu Türkiyənin regionda təklənməsinin bir növ sübutudur"

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu ekspert Rufis Məmmədsoy bildirib. Onun fikirncə, bəli, ABŞ Avropada son zamanlar aktivliyini artırıb. Bunun da bir neçə səbəbi var. Yəni, aparıcı Qərbi Avropa ölkələri ABŞ ilə hesablaşmaq istəmir. Məsələn, Almaniya və Fransanı buna aid edə bilərik. Bu mənada ABŞ-ın digər böyük dövlətlərə təsir etmək imkanları var. İtaliya parlamentinin bu qərarının arxasında ABŞ-ın olduğunu düşünürəm. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri ya ABŞ ya da Rusiya arasındakı seçim kimi xarakterizə edilməlidir. Belə ki, son bələdiyyə seçkilərindən sonra Ərdoğanın əsas diqqətini iqtisadi vəziyyəti stabilləşdirməyə yönələcəyini düşünürdük. Bunun üçün isə ABŞ ilə münasibətlər düzəldilməli idi. Lakin, son Moskva səfərindən sonra gördük ki, Ərdoğan fərqli cür düşünür. Hətta iki ölkə arasında ikinci S-400 alınması ilə bağlı razılıqlar da gözlənilir. Bu mənada onsuzda Türkiyənin NATO-dakı gələcək fəaliyyəti sual altında idi. Bundan sonra bu məsələ də ön plana çıxa bilər. Təbii ki, bütün bunlar Kremlin maraqlarına uyğundur. Bu məsələdə qazanan tərəf yalnız Rusiyadır. Türkiyənin bu qəti addımları bu cür təzyiqləri daha da artıracaq. Lakin, bu ABŞ üçün də təsirsiz ötüşməyəcək. Belə ki, Türkiyə NATO əvəzinə Rusiyaya meyl edirsə, bu hərbi quruma olan inam da olduqca aşağı düşəcək. Belə deyək KTMT kimi bir quruma çevrilə biləcəyini də düşünmək olar. Bir bənzətmə də edim. Məsələn KTMT-də iki üzv ölkə Belarus və Ermənistan təmsil olunur. Lakin, Belarus bizə silah satır və bizi müttəfiqi hesab edir. Burada da vəziyyət eynidir. Türkiyə uzun illərdir keçmiş SSRİ əleyhinə yaradılmış hərbi təşkilatda təmsil olunur. Lakin, SSRİ-nin varisi olan Rusiyadan silah alır. Bu mənada bu cür halların tez tez şahidi ola bilərik.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv