Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
İQTİSADİYYAT

Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəyə dair seminarlar təşkil olunub

<b>Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəyə dair seminarlar təşkil olunub</b>

Ölkədə fəaliyyət göstərən kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla bağlı göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və bu sahədə çalışan kredit təşkilatlarının əməkdaşlarının potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu il üzrə "Təlim Proqramı" təsdiq edib

Bankdan AZƏRTAC-a bildirilib ki, "Təlim Proqramı" çərçivəsində birinci rüb ərzində AMB tərəfindən kredit təşkilatlarının paytaxtda və regionlarda, o cümlədən Gəncə və Naxçıvan şəhərlərində çalışan əməkdaşlarına 15 təlim keçirilib və bu təlimlərdə kredit təşkilatlarının 200-dək nümayəndəsi iştirak edib.
Təlimlər zamanı Mərkəzi Bankın əməkdaşları tərəfindən pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə, milli pul nişanlarının dizayn və mühafizə elementləri, bank sistemində pulların ekspertizasının aparılması mövzularında seminarlar təşkil edilib və mövzularla bağlı geniş müzakirələr aparılıb.
Həmçinin təlimlər kredit təşkilatlarının nağd pulla əməliyyat aparan əməkdaşlarının milli pul nişanlarının mühafizə elementləri üzrə bilik səviyyəsinin artırılmasına və əhalinin nağd pulla bağlı müraciətləri zamanı pulların ilkin ekspertizasının aparılmasına effektiv təsirini göstərib.
Belə təlimlər pulların saxtalaşdırılmasının qarşısının alınmasında təsirli rol oynayır. Təsadüfi deyil ki, Mərkəzi Bank ilə kredit təşkilatları və hüquq mühafizə orqanları arasında birgə əməkdaşlıqla həyata keçirilən müvafiq tədbirlər nəticəsində beynəlxalq təcrübə ilə müqayisədə pullarımızın saxtalaşdırılması səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır.
"Təlim Proqramı"na uyğun olaraq növbəti rüblərdə də Mərkəzi Bank həm paytaxtda, həm də regionlarda müvafiq təlimlər keçirəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv