Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
SİYASƏT

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində ilin birinci rübünün yekunları müzakirə edilib

<b>Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində ilin birinci rübünün yekunları müzakirə edilib</b>

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.
Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv