Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
HADİSƏ

Azərbaycanlı qızların Riyaziyyat Olimpiadasında uğuru

<b>Azərbaycanlı qızların Riyaziyyat Olimpiadasında uğuru</b>

Ukraynanın Kiyev şəhərində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilir. Əlli ölkədən nümayəndələrin qatıldığı olimpiadada Avropa ilə yanaşı, ABŞ, Kanada, Avstraliya və digər ölkələrin məktəbliləri iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanı bu yarışda Zəhra Bayramlı, Fidan Qarayeva, Şəms Əliyeva və Fidan Babayeva təmsil ediblər. Bu mötəbər bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb.
Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Zəhra Bayramlı və Şəms Əliyeva isə olimpiadanın xüsusi mükafatı olan həvəsləndirici sertifikata layiq görülüblər.
Azərbaycan məktəbliləri dördüncü dəfədir ki, bu yarışmada iştirak edirlər.
İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan EGMO məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb, məktəblilərimiz bu yarışda iki həvəsləndirici sertifikata layiq görülüblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv