Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
HADİSƏ

İnsan alveri ilə bağlı tədbir keçirilib

<b>İnsan alveri ilə bağlı tədbir keçirilib</b>

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Siyəzən Şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasında müəllim və şagirdlərin iştirakı ilə “insan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir təşkil edib. Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis- mayoru Elşən Həşimov, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev və gimnaziyanın direktoru Əminə Musayeva iştirak ediblər. Məruzəçilər sözügedən cinayət növü və onunla mübarizə mexanizmlərindən, dövlətimizin digər cinayət növləri kimi insan alveri ilə və onunla məşğul olan cinayətkarlarla da kəskin mübarizə aparıldığını bəyan ediblər. Tədbiri giriş sözü ilə açan Əminə Musayeva rəhbərlik etdiyi internat evi haqqında, şagirdlərlə bağlı qurulan ünsiyyət və onlara dövlətimizin diqqət və qayğısı haqqında məlumat verib.
Elşən Həşimov baş idarənin fəaliyyəti istiqaməti və görülən işlərlə bağlı, aparılan əməliyyat - axtarış tədbirləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Ramiz Alıyev isə Azərbaycan dövlətinin insan alveri ilə bağlı həssaslığını, bu cinayətkarlıqla mübarizədə kəskin müvarizə aparıldığını bildirib. O əlavə edib ki, cənab Prezidentin tapşırığı və göstərişi ilə DİN-nin rəhbərliyinin xüsusi nəzarəti ilə insan alverinə qarşı mübarizədə qətiyyət nümayiş olunur, hər ilə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Milli Məclisdə illik hesabat ilə çıxış edir və mütamadi olaraq bu sahədə fəaliyyət göstərən Vətandaş Cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirir. Natiq çıxışı zamanı bildirib ki, “Dövlətimiz insan alverinə qarşı mübarizədə qətiyyətli addımlar atır” Tədbir sual cavab ilə davam edib və sonda DİN-nin məcburi əmək ilə bağlı çəkdirdiyi filmi tədbir iştirakçılarına nümayiş olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv