Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
HADİSƏ

“Azexport” portalı vasitəsilə ilk dəfə Hindistana yun ixrac ediləcək

<b> “Azexport” portalı vasitəsilə ilk dəfə Hindistana yun ixrac ediləcək</b>

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalının təşkilatçılığı ilə Hindistanın iri yun idxalçılarından olan "NaT IN" şirkətinin direktoru Bakıda səfərdədir

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində qonaqların Azərbaycanın qabaqcıl yun emalçılarından olan "Fərhad -91" MMC və "Drujba" MMC şirkətlərinin direktorları ilə görüşü olub. Müzakirələrin yekunu olaraq tərəflər hər iki şirkətin iştirakı ilə Azərbaycandan il ərzində texniki göstəriciləri 25-29 və 29-34 mikron olmaqla ümumilikdə 5 min ton qoyun yununun Hindistana ixrac olunması barədə ilkin razılığa gəliblər.
Qeyd edək ki, "NaT IN" şirkəti 35 ildən artıq müddət ərzində Yeni Zelandiya, Suriya, Yunanıstan İspaniya, İtaliya, Misir və Çin başda olmaqla dünyanın 17-dən çox ölkəsindən Hindistana yun idxalı ilə məşğuldur.
"Azexport" portalının meneceri Ayxan Qədəşov bildirib ki, sahənin qabaqcıl şirkətlərindən olan "NaT IN" şirkəti ilə əməkdaşlığın başlanması Azərbaycan yununun Hindistanla yanaşı, digər ölkələrə də ixracı üçün yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər.




Xəbər - 23 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv