Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
SOSİAL

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

<b>Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb</b>

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir

Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2019-cu il aprelin 1-nə rayonda 28 min 599 baş qaramal, 54 min 936 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,2 faiz və ya 1162 baş artıb. 2019-cu ilin birinci rübündə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 790 ton ət, 5722,2 ton süd, 3285 min ədəd yumurta istehsal edilib. 2018-ci ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 0,6 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2019-cu ilin üç ayında 447 baş inək və düyə süni yolla mayalandırılıb, 269 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən, “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.




Xəbər - 31 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv