Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
MƏDƏNİYYƏT

Şekspirin “Romeo və Cülyetta” əsərini yazdığı zaman Londondakı evi müəyyən edilib

<b>Şekspirin “Romeo və Cülyetta” əsərini yazdığı zaman Londondakı evi müəyyən edilib</b>

Tarixçi Ceffri Marş böyük ingilis dramaturqu Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərini yazdığı zaman Londonda yaşadığı evi müəyyən edib

AZƏRTAC xəbər verir ki, bu barədə BBC telekanalı xəbər verib.
Əvvəl hesab olunurdu ki, dahi ingilis dramaturqu şəhərin tarixi mərkəzi sayılan “Liverpul” küçəsindəki dəmiryol vağzalının yaxınlığında qalırdı, amma tarixçi hesab edir ki, əsərin yazıldığı dövrdə Şekspir Müqəddəs Yelena kilsəsi yaxınlığında yerləşən “Qreyt Sent-Xelens” döngəsindəki 35 nömrəli evdə yaşayıb.
“Yazıçı Londona köçərkən şəhərin ən bahalı yerində, səlahiyyətli dövlət xadimlərinin, əcnəbi tacirlərin, musiqiyə dəyər verən insanların əhatəsində yaşayıb”, - deyə T.Marş əlavə edib.
Tarixçi qeyd edib ki, belə bir yerdə məskunlaşmaq yaradıcılığında yüksəliş dövrü keçirən Şekspirin ictimai statusunu da artırıb.




Xəbər - 35 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv