Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
HADİSƏ

Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

<b>Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub</b>

Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılan vəsaitlərin istifadəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasını əhatə edib. Kollegiya iclasında hər bir nəzarət tədbirləri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiqlənib.




Xəbər - 25 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv