Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
HADİSƏ

Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib

<b>Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib</b>

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində aprelin 15-də Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib

AZƏRTAC xəbər verir ki, seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqo şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron mühazirə oxuyub.
Əvvəlcə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə danışıb. Rektor narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin önəmini qeyd edib.




Xəbər - 25 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv