Son xəbərlər
20 MAY
17 MAY
16 MAY
SİYASƏT

“Effektiv şəkildə aparılan islahatlar qısa müddətdə öz nəticələrini verir”

<b>“Effektiv şəkildə aparılan islahatlar qısa müddətdə öz nəticələrini verir”</b>

Tahir Mirkişili: “Dövlət başçısının həm daxili, həm də beynəlxalq layihələri daim uğurla başa çatib”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz sürəti, əhatəsi və nəticəliliyi ilə fərqlənir”. Bunu Baymedia.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Millət vəkili əlavə edib ki, ümumilikdə islahatlar prossesi ağrılı bir prossesdir. Onun fikrincə, islahatların uğurlu olması onun qətiyyətli və düşünülmüş formada aparılmasından və xalq tərəfindən dəstəklənməsindən çox asılıdır: “Ötən müddət ərzində dövlət başçısının bütün addımlarının qətiyyətli və uzaqgörən olmasına bütün dünya şahid olub. Onun həm daxili, həm də beynəlxalq layihələri daim uğurla başa çatib. 11 aprel 2018-ci il prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük səs çoxluğu ilə prezident seçilməsi Azərbaycan xalqının məhz onu dəstəklədiyi deməkdir. Bir neçə gün öncə Fransanın “Opinion way” şirkətin apardığı sorğu nəticəsində rəyi soruşulan Azərbaycan vətəndaşlarının 90%-nin prezidentin islahatlarını dəstəkləməsi ölkədə aparılan mühüm iqtisadi və idarəetmə islahatlarına böyük dəstəkdir. Ötən 1 ildə islahatların mühüm nəticələri onu bir daha göstərdi ki, effektiv şəkildə aparılan islahatlar qısa müddətdə öz nəticələrini verir. 2019-cu ilin ilk 3 ayının nəticələrini təhlil etsək, görərik ki, Ümumi Daxili Məhsul 3%, qeyri-neft sənayesi 15% artıb, inflyasiya cəmi 2% olub”.
Millət vəkili diqqətə çatdırıb ki, 2018-ci ildə Dünya Bankı Azərbaycanı dünyada ən çox islahat aparan ölkə elan edib: “İslahatlar nəticəsdinə iqtisadiyyatda şəffaflığın artması büdcə gəlirlərini son 2 ayda 200 milyon manat artırıb. Dövlətin artan gəlirlərini vətəndaşların sosial müdafisəinin güclənməsinə yönəldən dövlət başçısı minimum əmək haqlarını, pensiyaları, sosial müavitnətləri, tələbə təqaüdlərini və s artırmaqla bir daha aparılan islahatların əsas məqsədinin Azərbaycan vətəndaşının daha yaxşı yaşaması olduğunu göstərib. Aparılan islahatlar iqtisadiyyatı daha dayanıqlı edir, yeni artım mənbələri yaradır, şəffaflıq, həmçinin büdcə gəlirləri artır. Ən önəmlisi isə Azərbaycanda sosial yönümlü bazar iqtisadiyyatı modeli formalaşmaqdadır ki, bu da bir tərəfdən sahibkarlıq mühitini daha əlverişli edir, digər tərəfdən isə vətəndaşların maddi rifah halını daha da yaxşılaşdırır”.

Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv