Son xəbərlər
20 MAY
17 MAY
16 MAY
SOSİAL

Məktəblilərə yol hərəkəti qaydaları barədə məlumatlar verilib

<b>Məktəblilərə yol hərəkəti qaydaları barədə məlumatlar verilib</b>

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 246 nömrəli orta məktəbdə şagirdlərin iştirakı ilə yol hərəkəti qaydalarının təbliğatına həsr olunmuş maarifləndirici tədbir keçirilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan məktəbin direktoru Almaz Bayramova orta məktəblərdə yol hərəkəti qaydalarının təbliğinin uşaqların mövzu ilə bağlı bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərdiyini deyib.
Daha sonra çıxış edən Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramının icrası ilə bağlı yol polisinin üzərinə düşən vəzifələr barədə məlumat veriblər. Qeyd edilib ki, yol polisinin məktəblilər arasında maarifləndirmə işləri aparmasında əsas məqsədi onları qəzalardan qorumaq və uşaqların zərər çəkməsini minimuma endirməkdən ibarətdir.
Tədbir zamanı şagirdlərə yol-nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlardan bəhs edən videoroliklər nümayiş olunub. Görüntülər əsasında şagirdlərlə yol polisləri arasında maraqlı diskusiya təşkil edilib.
Sonda fərqlənən şagirdlərə Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi son bir ayda 5 orta məktəbdə bu cür maarifləndirici tədbir keçirib. Təhsil ilinin sonuna qədər belə tədbirlərin digər məktəblərdə də keçirilməsi planlaşdırılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv