Son xəbərlər
20 MAY
17 MAY
16 MAY
TÜRK DÜNYASI

Türkiyəli qonaqlar xüsusi məktəbdə olub

<b>Türkiyəli qonaqlar xüsusi məktəbdə olub</b>

Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin ölkəmizə səfərə gəlmiş rəhbərləri paytaxtdakı 268 nömrəli xüsusi məktəbdə olublar

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəblə tanış olan qonaqlara təhsil müəssisəsinin fəaliyyəti və uğurları haqqında məlumat verilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. İdarə müdiri xüsusi məktəbdə daun sindromlu, autizm, ümumi təhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlimlərin keçirildiyini bildirib.
Görüş zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb, iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr müzakirə olunub.
Sonda şagirdlərin iştirakı ilə musiqili proqram təşkil olunub.
BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, BŞTİ-nin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv