Son xəbərlər
20 MAY
17 MAY
16 MAY
SİYASƏT

Millət vəkilləri Cocuq Mərcanlıda olublar

<b>Millət vəkilləri Cocuq Mərcanlıda olublar</b>

Bu günlərdə xalqımız Milli Ordumuzun məşhur Aprel döyüşlərində qazandığı möhtəşəm qələbənin ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edib

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilib və Cocuq Mərcanlıda insanların təhlükəsiz yaşaması mümkün olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən kənddə yaşamaq üçün lazım olan bütün infrasturuktur yaradılıb və kənd öz yeni həyatına qayıdıb.
Trend-in məlumatına görə, deputatlar Rauf Əliyev və İlham Əliyev Cocuq Mərcanlı kəndində olublar. Millət vəkilləri kənd sakinləri üçün yaradılmış şəraitlə tanış olmaq məqsədi ilə kənd icra nümayəndəsi ilə görüşərək kənd sakinlərinin yaşayış şəraitləri və məşğulluqları haqqında məlumat alıblar. Daha sonra millət vəkilləri kənd məktəbində, uşaq baxçasında, tibb məntəqəsində yaradılmış şəraitlə tanış olublar. Kəndin gəncləri ilə keçirilən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, müdrük siyasət nəticədində tezliklə işğal olunmuş bütün Azərbaycan torpaqları azad olunacaq və bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv