Son xəbərlər
24 MAY
23 MAY
İQTİSADİYYAT

“Ümid” yatağında daha bir quyuda qazma işləri yekunlaşıb

<b>“Ümid” yatağında daha bir quyuda qazma işləri yekunlaşıb</b>

“Ümid” yatağının 1 nömrəli dəniz stasionar özülündən faktiki dərinliyi 6810 metr olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işləri başa çatıb

SOCAR AQŞ-dən AZƏRTAC-a bildirilib ki, bu, Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir.
“Ümid” yatağı tarixində ilk dəfə olaraq, SOCAR AQŞ yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5 metr və 6037-6046 metr intervalından 100 faiz süxur nümunələri götürüb, hermetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil verib.