Son xəbərlər
24 MAY
23 MAY
İQTİSADİYYAT

ABŞ-ın neft ehtiyatları azalıb

<b>ABŞ-ın neft ehtiyatları azalıb</b>

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 3,1 milyon barrel azalıb. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi.
Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları artmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.