Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

İndoneziya tarixində ən miqyaslı seçkilər başa çatıb

<b>İndoneziya tarixində ən miqyaslı seçkilər başa çatıb</b>

İndoneziyada prezident, parlamentin iki palatasının üzvləri, həmçinin yerli orqanlara deputat seçkilərində səsvermə başa çatıb

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hələlik səsvermə zamanı ciddi hadisələr barədə informasiya daxil olmayıb. Cakartada qeyd edirlər ki, budəfəki seçkilər təkcə İndoneziya üçün deyil, bütün dünya üçün ən miqyaslı sayıla bilər: ümumi səsvermə yolu ilə həm dövlət başçısı, həm də 16 siyasi partiyanı təmsil edən 20 min nəfərə yaxın qanunverici seçilib.
Ölkə prezidenti postuna hazırkı dövlət başçısı Coko Vidado və istefada olan general Prabovo Subianto iddialıdır.
Seçkilərin ilkin qeyri-rəsmi nəticələrinin günün sonunda açıqlanacağı gözlənilir. Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri aprelin 25-də elan edəcək. Seçkilərdə qələbə üçün sadə səs çoxluğu kifayət edir.