Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
MƏDƏNİYYƏT

Uşaq musiqi məktəbində Soltan Hacıbəyovun əsərləri səsləndirilib

<b>Uşaq musiqi məktəbində Soltan Hacıbəyovun əsərləri səsləndirilib</b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 17 nömrəli uşaq musiqi məktəbində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə məktəbin müəllim və şagirdləri bəstəkarın əsərlərindən ibarət musiqi nömrələrini ifa ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 1-də bəstəkarın anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il ölkəmizdə bəstəkarın yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir.