Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Birləşmiş Ştatların neft ehtiyatları geriləyib

<b>Birləşmiş Ştatların neft ehtiyatları geriləyib</b>

ABŞ-ın xam neft ehtiyatları azalıb

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 1,4 milyon barrel (0,3 faiz) geriləyərək 455,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 7 milyon barrel çoxalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 1,2 milyon barrel (0,5 faiz) azalaraq 228 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,1 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 7,7 milyon barrel azalmışdı.