Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Birinci rübdə kreditlərin 97 faizi banklar tərəfindən verilib

<b>Birinci rübdə kreditlərin 97 faizi banklar tərəfindən verilib</b>

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, martın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 974,6 milyon manat təşkil edib

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 10 milyard 379,6 milyon manatı və ya 80 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 581 milyon manat olub və ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.